Putin Ərdoğanın görüş təklifini rədd etdi - RƏSMİ
05.02.2016 543 0.0 0

Rusiya preizdneti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüş təklifini rədd edib.

 Qazeta.info Modern.az-a istinadən xəbər verir ki, Kreml yaxın vaxtlarda iki lider arasında görüşün və telefon danışığının planlaşdırılmadığını deyib.

“Yox, iki prezident arasında hər hansı əlaqə olmayıb. Yaxında belə bir əlaqənin qurulması planlaşdırılmır”- deyə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Bundan öncə, fevralın 1-də jurnalistlərlə danışan Peskov Ərdoğanın Putinlə təyyarə insidentini müzakirə etmək üçün müraciət etdyini və yanvarın sonunda bu barədə Putinə məruzə olunduğunu demişdi.

Ekspertlərin fikrincə, yaxın vaxtlarda tərəflər arasında görüşün planlaşdırılmaması Putinin Ərdoğanın təklifini rədd etdiyi anlamına gəlir.

Qeyd edək ki, yanvarın 29-da Rusiyanın Su-34 qırıcı təyyarəsi Türkiyə hava sərhədlərini pozmuşdu. Prezident Ərdoğan faktı müzakirə etmək üçün Xarici İşlər Nazirliyi xətti ilə Vladimir Putinə görüş təklifi göndərdiyin demişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar