Roma Papası Fransısk Rusiya Prezidenti Vladimir Putini Ukraynada tərəflər arasında yaranmış münaqişəyə son qoymaq üçün böyük və səmimi səylər göstərməyə çağırıb.
Məlumata görə, bu barədə Vatikan dövlətinin mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, təqribən 50 dəqiqə davam edən görüş zamanı pontifik və Rusiya prezidenti yekdil fikrə gəliblər ki, Donetskdə vəziyyətin sabitləşməsi üçün münaqişə tərəfləri arasında dialoq atmosferini bərpa etmək lazımdır.
Bundan başqa, Fransısk və Putin Minskdə imzalanmış sülh razılaşmasına riayət etmənin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı Roma Papası V.Putini üzərində "Dünya mələyi" təsvir olunmuş medal hədiyyə edərək deyib: "Bu mələk bütün müharibələrə qalib gəlir və dünyada bütün insanların birləşməsinə çağırır".
Xatırladaq ki, Roma Papası ilə görüşün təşəbbüskarı olan Rusiya prezidenti onun qəbuluna bir saat gecikib./anspress/