Rusiya minlərlə hərbçi və texnikasını Ermənistanla Türkiyə sərhədinə yığır.
Məlumata görə, bu barədə Müdafiə Nazirliyinin məruzəsinə istinadən bir sıra Rusiya Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin noyabrın 29-da Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci ordunun Türkiyə-Ermənistan sərhədində cəmləşdirilmək barədə əmr verib.
Sərhədə yerləşdirilən hərbi texnika arasında zenit-raket sistemləri, reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə komplekslər, motoatıcı və artilleriya qoşunları var. Toplam olaraq iki dövlətin sərhədinə Rusiyanın təxminən 7000 əsgəri cəmlənib. Beləliklə, Rusiya Ankaradan gələn təhlükələrin qarşını Ermənistanın vasitəsiylə ilə almağa çalışacaq.
Məlumdur ki, Ermənistanla Türkiyə sərhədləri 20 ildən artıqdır ki, bağlıdır. Ölkələr arasında siyasi vəziyyətdə gərgin olaraq qalır. Son vaxtlar Emənistanın ən yaxın müttəfiqi Rusiya ilə Türkiyə arasında gərginlik yaşanır.
Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.
Suriya-Türkiyə sərhədində təyyarənin vurulması
Rusiya prezidenti Vladimir Putin həmçinin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.
Vladimir Putin - Rusiya prezidenti
"Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında" fərman imzalayıb", - deyə Kremlin rəsmi saytı xəbər verilir./anspress/
Türkiyə-Ermənistan sərhədi xəritədə