Putin, Oland və Merkel Ukrayna məsələsini müzakirə ediblər
23.08.2016 933 0.0 0

Rusiya prezidenti Vladimir Putin, Almaniyanın federal kansleri Angela Merkel və Fransa prezidenti Fransua Oland arasında telefon danışığı olub.
 
Kremlin saytına istinadən verilən məlumata görə, söhbət zamanı Ukrayna böhranı, o cümlədən Minsk prosesinin davam etdirilməsi perspektivi, Donbasa xüsusi statusun verilməsi, konstitusiya islahatları, amnistiya kimi məsələlər müzakirə olunub.
 
Təmas xəttindəki qeyri-sabit vəziyyətdən və atəşkəs rejiminin sistemli şəkildə pozulmasından narahatlıq ifadə olunub. Atəşin dayandırılması ilə bağlı razılaşmaya ciddi şəkildə əməl olunmasının və ATƏT Xüsusi Monitorinq Missiyasının nəzarəti altında ağır texnikanın geri çəkilməsinin, vəziyyətin de-eskalasiyası üçün tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
 
Rusiya, Almaniya və Fransa liderləri Ukrayna məsələsi ilə bağlı şəxsi təmasları davam etdirmək və Çində sentyabrın 4-5-də “G20” toplantısı çərçivəsində görüş keçirmək barədə razılığa gəliblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar