Putin Obamaya zəng etdi
23.02.2016 802 0.0 0

Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Barak Obama Suriyada atəşin dayandırılmasını alqışlayıb. Məlumata görə, bu barədə Rusiya lideri bildirib.

Putin Suriya üzrə razılığı qanın tökülməsini dayandırmaq üçün real addım adlandırıb. İki dövlət başçısı bu barədə telefon danışığı zamanı ətraflı söhbət ediblər.


“ABŞ prezidenti Barak Obama ilə telefon söhbətimiz oldu. Danışıqla bağlı təşəbbüs Rusiya tərəfindən olsa da, şübhəsiz ki, bu, hər ikitərəfin marağında idi. Söhbətin gedişatında biz Suriyada döyüş hərəkətlərinin dayandırılması haqqında Rusiya və ABŞ-ın birgə bəyanatlarını bəyəndik", - deyə Vladimir Putin bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Suriyada atəşkəs barədə razılaşma əldə edildiyi haqda xəbərlər yayılıb. Bu barədə Qərb diplomatik mənbələrə istinadən "Reuters"agentliyi xəbər verib. Məlumata əsasən ABŞ və Rusiya Suriyada atəşkəsin fevralın 27-dən etibarən qüvvəyə minməsi barədə razılaşıb. Atəşkəs haqqında saziş İŞİD terror qruplaşması və "Əl-Qaidə"nin Suriya filialı olan "Cebhat-ən-Nüsra" terror təşkilatlarına şamil olunmur.


Qeyd edək ki, bu il fevralın 12-də Münhendə keçirilən "Suriyaya beynəlxalq dəstək qrupu"nun (ISSG) toplantısında Suriyada hərbi əməliyyatların bir həftə ərzində dayandırılması barədə razılıq əldə olunmuşdu. Razılaşmaya görə, ölkədə humanitar vəziyyət yaxşılaşdırılmalı və sülh danışıqları bərpa edilmlidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar