Rusiya Prezidenti Vladimir Putin rejissor Andrey Kondraşovun
çəkdiyi “Krım. Vətənə yol” sənədli filmindəki Ukraynanın keçmiş
prezidenti Viktor Yanukoviçin xilası əməliyyatı ilə bağlı “Rossiya 1”
kanalına açıqlama verib.
Qazeta.info axar.az-a istinadla xəbər verir ki, prezidentin sözlərinə görə,
Yanukoviç Krıma yollanan vaxt rus xüsusi xidmət orqanları onun yerini
Putinə bildiriblər.
“Mənə xəritəni göstərəndə aydın oldu ki, Yanukoviç tezliklə mühasirəyə
düşəcək. O zaman sahil tərəfə Yanukoviç üçün kortej yollamaq qərarı
qəbul
edildi. Biz onlara hara çıxmaq lazım olduğunu dedik və xüsusi təyinatlı
dəstədən ibarət helikopter qrupu da yolladıq”, - prezident bildirib.
Daha sonra Putin, "Rusiya Krımdakı hadisələrlə bağlı nüvə güclərini hazır
vəziyyətə gətirmişdi. Lakin ölkə rəhbərliyi bunun baş verməyəcəyini
bilirdi" deyə qeyd edib.
“Biz bunu etməyə hazır idik. Mən həmkarlarımla danışdım və onlara
dedim ki, Krım bizim tarixi torpaqlarımızdı, orada ruslar yaşayır, onlar
təhlükədədir və biz onları ata bilmərik. Dövlət çevrilişini biz yox,
millətçilər etdi. Sizsə onları dəstəklədiniz. Siz hardasınız? Minlərlə
kilometr uzaqlarda? Amma biz burdayıq və bu bizim torpağımızdır. Siz
orda nəyin mübarizəsini aparısıs heç özünüz də bilmirsiz. Amma biz
bilirik. Və biz buna hazırıq”, - Putin bildirib.
Qeyd edək ki, Qərb mətbuatı Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə
olduğunu və bu səbəbdən ictimaiyyət arasına çıxmadığını yazıb.