Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək
11.01.2016 439 0.0 0

Rusiya prezidenti Vladimir Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək.
 “lenta.ru”ya istinadən verilən xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, konfransda 20 dövlət və hökumət başçısı, habelə 60 ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Forumda ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Almaniya kansleri Angela Merkelisə son 4 ildə ilk dəfə Münhen konfransında iştirak etməyəcək.

Forumun rəhbəri Volfqanq İşinqer İran və Ukrayna prezidentlərinə dəvət məktublarının göndərildiyini, lakin cavab verilmədiyini bildirib.

Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı 1962-ci ildən keçirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar