Vladimir Putin Misirə gedib. Yayılan məlumatlara görə,Vladimir Putini hava limanında prezidenti Abdulfəttah əs-Sisi qarşılayıb. Rusiya və Misir mətbuatında yer alan xəbərlərdə, Putinin Misirdə "Suriya və Liviya böhranları, Fələstin-İsrail problemi, terrorla mübarizə, təbii qaz, nüvə əməkdaşlıq, texniki hərbi və investisiya məsələlərini müzakirə edəcəyi bildirilir.
Bildirək ki, Misirə sonuncu dəfə 2005-ci ildə səfər edən Putinin bu dəfəki səfərinin 2 gün davam edəcəyi gözlənilir.
Xatırladaq ki, Misir prezidenti Abdulfəttah əs-Sisi də avqust 2014-cü ildə Rusiyanı səfər edərək, rusiyadan 3 milyard dollardan çox silah alışına dair razılaşması imzalandığı bildirilmişdi.
Nəzərə çatdıraq ki, Sisi verdiyi açıqlamada, Misir ilə ABŞ əlaqələrinin strateji və əhəmiyyətli olduğunun vurğulayaraq, "Misir, hər kəslə bərabər məsafədə dayanmağa çalışır. Rusiya ilə Misir əlaqələri yeni deyil və bu ABŞ ya da digər ölkələrlə olan əlaqələrinə təsir etməyəcək" deyə bildirmişdi.