Putin məhşur amerikalı boksçuya Rusiya vətəndaşlığı verib-FOTO
13.09.2015 676 0.0 0

 Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib.

 “Gazeta.ru”ya istinadən verilən xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.   
 
“1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin”, deyə fərmanda bildirilir.  
 
Qeyd edək ki, Roy Cons bundan əvvəl  onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar