Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Kemerovada baş vermiş yanğın qurbanlarının xatirəsini yad etmək üçün hadisənin baş verdiyi şəhərə gedib.
"Report" TASS-a istinadən xəbər verir ki, dövlət başçısı "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncəsinə baş çəkəcək.
Vladimir Putin həmçinin fövqəladə xidmətlərin və region rəhbərliyinin məruzələrini dinləyəcək.
Qeyd edək ki, bu barədə ilk xəbəri "Qovorit Moskva" radiostansiyasının hadisə yerində olan əməkdaşı yayıb. Lakin xəbər sonradan təsdiqlənməyib.
Rusiya Prezidenti Vladimir Putin 60-dan çox insanın həlak olduğu yanğının baş verdiyi "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzinin yerləşdiyi Kemerovo şəhərinə gedib.
"Report" xəbər verir ki, bu barədə "Qazeta.ru" "Qovorit Moskva" radiostansiyasının hadisə yerində olan əməkdaşına istinadən məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Putinin əraziyə gəlişindən sonra yanğının baş verdiyi yer əhatəyə alınıb.
Qeyd edək ki, ötən gün Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində 64 nəfər ölüb. Yanğınla əlaqədar 44 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 15-i xəstəxanadadır.