Putin jurnalistin həbsinə görə iki generalı qovdu
13.06.2019 745 0.0 0

Rusiya Prezidenti Vladimir Putin polis general-mayorları Yuri Devyatkin və Andrey Puçkovun daxili işlər orqanlarından kənarlaşdırılması haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sözügedən generalların orqanlardan kənarlaşdırılmasını Rusiya Prezidentinə şəxsən daxili işlər naziri Vladimir Kolokolsev bildirib. Bunun jurnalist İvan Qolunovun işi ilə əlaqədar olduğu bildirilir.

İyunun 6-da həbs olunmuş İ.Qolunov narkotik vasitələrin satışına cəhd etməkdə təqsirləndirilirdi. Onun həbsi və ona dəstək üçün keçirilən aksiyada polislərin hərəkətləri Rusiyada geniş əks-səda doğurmuşdu. İyunun 11-də jurnalist təqsirinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Y.Devyatkin Rusiya DİN Narkotik vasitələrlərin dövriyyəsinə nəzarət üzrə baş idarənin Moskva idarəsinin rəisi olub, A.Puçkov isə paytaxtın Qərb inzibati dairəsinin DİN rəhbəri vəzifəsini tutub./Bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar