Rusiya Prezidenti Vladimir Putin İsrailin Ukraynaya silahı göndərməsinə qarşı çıxmayıb və bu ölkənin Kiyevi silahlandırmasını təbii qarşılayıb.
Məlumata görə, o, "Vesti v subbotu" proqramına müsahibəsində bildirib ki, Rusiyanın İrana S-300 raket sistemi satmasına cavab olaraq İsrail Ukraynaya silah vermək məsələsində haqlıdır. Amma, bu, məsləhətli iş deyil.
V.Putin deyib: "İsrail rəhbərliyi seçimlərini haqlı və məqsədəuyğun hesab edirlər. Düşünürəm ki, haqlı olsalar da, amma, bu, məsləhətli deyil. Əgər ağır silahlardan söhbət gedirsə, bu, yalnız qarşıdurmanın əlavə bumuna, insan ölümlərinin sayının artımına gətirib çıxaracaq. Bizim İrana silah satmağımıza gəlincə, bu silahlar müdafiə xarakteri daşıyır və heç vaxt İsrailin müdafiə qabiliyyətini pozmağa yönəldilməyib."
Rusiyanın dövlət başçısı qondarma Donetsk və Luqansk Xalq respublikalarının tanınması imkanları barədə suala belə cavab verib ki, biz daha çox həyatda baş verən reallıqlara baxacağıq./anspress/