Rusiya prezidenti Vladimir Putin bu ilin sonunadək İrana səfər edəcək.
"Mehrnews" agentliyinə istinadən verilən məlumata görə, səfərin baş tutması üçün danışıqlıqlar aparılır. Bu barədə İran xarici işlər nazirinin müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur məlumat verib.
“Hələlik dəqiq tarix müəyyən edilməyib. İkitərəfli əlaqələrin inkişafı gündəlikdədir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün sənədlər hazırlanır. Səfərin ilin sonunadək baş tutması gözlənilir”, - deyə nazir əlavə edib.
Bundan əvvəl də Rusiya Federasiyasının prezidenti Vladimir Putin İrana səfər edib. Səfər çərçivəsində iki ölkə arasında beynəxalq, regional və ikitərəfli məsələlər müzakirə olunub.
İran-Rusiya parlamentlərarası dostluq komitəsinin sədri Mehdi Sənainin sözlərinə görə, həmçinin, İran və P5+1 ölkələri arasında danışıqların gündəliyinə dəyişikliklər məsələsi də həmin görüşdə müzakirə olunub./anspress/