Putin İrəvanda nə danışacaq?
29.03.2015 777 0.0 0

Rusiya və Ermənistan prezidentlərinin görüşündə Qarabağ məsələsi müzakirə ediləcək. 

Məlumata görə, bu haqda Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutçkiy bildirib.

“Dağlıq Qarabağ münaqişəsi - incə və nəzakətli materiyadır. Danışıqlar ATƏT-in Minsk qrupunun formatında gedir. Prezidentlər arasında üçtərəfli görüşlərin formatı da var”,- deyə rusiyalı deputat bildirib.

Deputat qeyd edib ki, 2014-cü il avqust ayında Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündə nizama salma məsələlərində olduqca dərin müzakirələr edilib.

"Əminəm ki, Vladimir Putinin İrəvan səfəri çərçivəsində Serj Sarkisyanla Qarabağ problemi də ciddi müzakirə ediləcək", - Leonid Slutçkiy bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin aprel ayında İrəvana səfəri planlaşdırılır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar