Putin İlham Əliyevlə nə danışdığını açıqladı
16.10.2015 1159 0.0 0

Qazaxıstanda MDB dövlət başçılarının toplantısı baş tutub. Prezident İlham Əliyevin də iştirak etdiyi toplantıda dünyada baş verən prosseslər, neftin qiymətinin aşağı duşməsindən tutmuş, Suriya ətrafında baş verən hadisələr və Dağlıq Qarabağ münaqişəsi prezidentlərin gündəliyində olub.

Rusiya prezidenti Vladimir Putin Suriyada apardığı antiteror əməliyyatlarına və Suriyaya Xəzərdən raket zərbələri endirməsinə haqq qazandırıb və bunun beynəlxlaq hüquqa uyğun olduğunu və zərbələrin prezident Bəşər Əsədin müraciəti ilə endirdiklərini vurğulayıb.

 


MDB dövlət başçılarının toplantısı

 

MDB ölkə başçıları şurasının iclasında iqtisadi, siyasi, humanitar və digər sferalarda bir sıra məsələlərə toxunulub. MDB məkanında həll olunmamış münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi sammitin gündəliyində olub. Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib ki, MDB-nin nüfuzu o zaman qalxa və bizim ona tələbatımız artar ki, mövcud münaqişələr həllini tapsın.

"Məsələn götürün Qarabağ münaqişəsini, bağışlayın ki, mən buna toxundum, götürün Dnestryanı, Ukrayna problemini. Bəzən biz bu məsələlərdən çəkinirik. Sanki bu məsələlərdən danışa bilirik, amma həll edə bilmərik. Elə bil vərdiş etmişik ki, amerikalılar və ya Avropa Birliyindən kimsə, güclü "day-day" gəlib bizə istiqamət göstərsin, ya da əvəzimizə həll etsin", Aleksandr Lukaşenko bildirib.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə neftin qiymətlərinin ucuzlaşmasını və regionda iqtisadi fəallığın azalmasını müzakirə edib.

 


Prezident İlham Əliyev Qazaxıstanda sammitdə

 

"Bu gün bizim ölkələrimizə bir sıra neqativ xarici amillər təsir edir. Biz bu zala daxil olarkən bəzi həmkarlarımızla, o cümlədən Azərbaycan prezidenti ilə danışdıq. Bu, bizim bir sıra əsas ixrac mallarımızın qiymətinin aşağı düşməsi, dünya iqtisadiyyatında hökm sürən qeyri-müəyyənlik, bir sıra regionlarda siyasi gərginliyin artmasıdır. Bütün bu məqamlar regionda iqtisadi artımın yavaşımasına gətirib çıxarır", deyə Vladimir Putin bildirib.

Rusiya prezidenti əlavə edib ki, MDB ölkələrinin ÜDM həcmi 2015-ci ilin birinci yarısında azalıb, o cümlədən MDB ölkələri arasında mal dövriyyəsi də aşağı düşüb. Putin MDB dövlət başçılarını yaranmış vəziyyətdə milli iqtisadiyyatların xarici bazarlardan asılılığını azaltmaq üçün kompleks tədbirlər görməyə çağırıb. Rusiya prezidenti ilk növbədə MDB azad ticarət zonasının yaradılmasına dair 2011-ci ildə imzalanmış müqaviləni xatırladıb.

 


Vladimir Putin Qazaxıstanda sammitdə

 

"Bu müqavilənin potensialını tam açmaq və malların, investisiyaların qarşılıqlı hərəkətini mümkün qədər sadələşdirmək lazımdır. Biz həmçinin qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik", - deyə Putin söyləyib. Sankisiyalarla üz-üzə qalan Rusiyanın prezidenti bununla da Qərbə cavab olaraq tərəfdaşlarını dollar və avrodan imtinaya səsləyib.

Vladimir Putin MDB ölkələrindən 5-7 min terrorçunun hazırda İŞİD sıralarında vuruşmasına diqqət çəkərək, maraqlı tərəfləri İran, İraq və Suriya ilə birgə İŞİD-lə mübarizə üçün Bağdadda yaratdıqları koordinasiya mərkəzində iştiraka çağırıb. Rusiya prezidentinin fikrincə, terrorçuların əsas hədəfi mərkəzi Asiya ölkələrininin sərhədlərini yarmaqdır. Belə bir ssenariyə hazır olmaq və reaksiya vermək lazımdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar