Putin «gecə canavarlarını» Qarabağa göndərir (FOTO)
28.07.2015 616 0.0 0

Erməni işğal altında olan Dağlıq Qarabağa son vaxtlar qanunsuz səfərlərin sayı artıb. Rusiyalı biznesmen German Sterliqovla bağlı qalmaqal bitməmiş indidə Rusiya Prezidenti Vladimir Putinin ideyalarını dəstəkləyən"Gecə canavarları" adlı motoqrup Dağlıq Qarabağa səfər etmək fikrinə düşüb. 

Məlumatına görə, bu barədə Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Sergey Sajumyan bildirib.

Məlumdur ki, Sterliqov Rusiyadaki BORN millətçilərinin işi ilə əlaqədar sıxışdırıldığı üçün ölkəsinini tərk edib, Qarabağa köçmüşdü. "Gecə canavarları" isə Vladimir Putin tərəfindən dəstəklənir, onlar ilə vaxtaşırı görüşür, təlimatlar verir. İndi isə bu qrup Dağlıq Qarabağa göndərilir. Görəsən, Rusiya dövlət başçısının bu "oyunları"nın məqsədi nədir?!

 


Vladimir Putin "Gecə canavarları" ilə birlikdə


“Gecə canavarları” bu il iyulun 31-də Ermənistana gələcəklər və İrəvanın Respublika meydanından keçəcəklər. Qondarma erməni soyqrımı abidəsini ziyarət etdikdən sonra motoyürüşçülər Dağlıq Qarabağa gedəcəklər. 

Bu məsələyə Azərbaycan tərəfindən rəsmi və ictimai təşkilatlar səviyyəsində münasibət bildirilib, buna qarşı sərt tədbirlərin görülməsinin vaciblyi vurğulanıb.

 


Hikmət Hacıyev -XİN mətbuat xidmətinin rəhbəri


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır. Belə əməllər Azərbaycanın suverenliyinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərə hörmətsizlikdir. Araşdırma ölkəmizin Rusiyadakı səfirliyi vasitəsi ilə reallaşdırılır və əlavə məlumat veriləcək.

O, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərləri Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunun və Miqrasiya Məcəlləsinin pozulması kimi qiymətləndirib: "Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər.”

 


Akif Nağı - QAT sədri

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə məsələyə sərt münasibət göstərərək deyib ki, Azərbaycan höküməti dərhal Rusiya hökümətinə etirazını çatdırmalıdır. Əks təqdirdə bu səfərlər adət halını alacaq. Adını qoymasınlar ki, bu hansısa təsəbüs qrupunun təşkilatçılığı ilə həyata keçirilir. Bu, Rusiyanın dövlət siyasətini göstərən amildir. Belə səfərlər indi Qarabağı Rusiya ictimaiyyətinə müstəqil qrum kimi tanıdılması deməkdir.

Akif Nağının sözlərinə görə, Azərbaycan belə qanunsuz səfərlər zamanı yalnız həmin insanların adlarını “qara siyahı”ya salmaqla kifayyətlənməməlidir: "Müğənnilərin, aktyorların və moteskletçilərin Dağlıq Qarabağa səfərlərini kimlər təşkil edir, təbii ki, onlar cəzalandırılmalıdırlar. Hətta bu məsələ səfəri təşkil edən Rusiya ilə Azərbaycan arasında münsibətlərə yenidən baxılmalıdır. Bu faktiki olaraq ordaki qondarma rejimin təbliğidir."

Dövlət tərəfindən dəstəklənən bu qrup həmişə Vladimir Putinin maraq dairəsində olan regionlara səfərlər edir və onun dəstəklədiyi separatçı qüvvələrə dəstək verir. “Gecə canavarları” Krımın Rusiya birləşdirilməsində və Ukraynadakı separatçı qüvvələrin dəstələnməsində fəal iştirak edib. Hazırkı motoyürüşdə Rusiya maraqlarının ifadəsi özünü göstərir. 

Bir sözlə, Vladimir Putin tərəfindən dəstəklənən qrupun Dağlıq Qarabağa yürüşü Rusiyanın dəfələlərə nümaiş etdirdiyi ikili standartların nümunəsidir./anspress/

 


“Gecə canavarları” motoqrupu


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar