Əgər Ermənistan Riqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı layihəsinə qoşularsa, onu Ukraynanın taleyi gözləyir.
Məlumata görə, bu barədə Rusiya strateji modelləşdirmə mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk bildirib.
“Avrasiya baxışına görə, Şərq tərəfdaşlığı Avropa Birliyindən heç nə ilə seçilmir. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü vəziyyəti kəskin dəyişir, ölkə eyni vaxtda iki qurumda ola bilməz. Bu, Avrasiya İttifaqının digər üzvlərinə də aiddir. Moskva Ukraynanın nümunəsində bunu yetərincə aydın izah elədi”, - deyə Trofimçuk vurğulayıb.
Rus politoloq Ermənistanın Şərq Tərəfdaşlığına qoşulmasının daha ağır nəticələrinin olacağını vurğulayır: “Ukrayna Avrasiya İttifaqına daxil deyildi, amma Ermənistan daxildir ki, bu da ermənilərin avrointeqrasiyası üçün daha fərqli nəticələrə səbəb olacaq”./anspress/