Putin dünyanı dağıtmaq istəyir?
17.06.2015 722 0.0 0

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın hərbi ritorikasının təhlükəli olduğunu və sabitliyin pozulmasına yönəldiyini bildirib.

Məlumata görə, Stoltenberq bildirib ki, NATO buna görə öz qüvvələrinin hazırlığını gücləndirir.

Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin ilin sonunadək Rusiyanın nüvə arsenalına 40-dan artıq yeni ballistik raketin əlavə olunacağı ilə bağlı açıqlamasından sonra narahat olmağa başlayıb. Sözügedən yeni raketlər ən mükəmməl raket əleyhinə müdafiə sistemlərini vurub keçməyə qadirdir.

Rusiya prezidenti bu bəyanatla ABŞ Şərqi Avropanın NATO-ya üzv olan ölkələrdə öz hərbi qüvvələrinin sayını artırılmağı təklif edəndən sonra çıxış edib. Eyni zamanda o ABŞ-ın Avropada qüvvələrini artırmaq niyyətini həddən artıq şişirtməməyə də çağırıb.

“Hələlik həyəcan üçün əsas görmürəm. Bizi daha çox Avropada raket əleyhinə sistemlərin yerləşdirilməsi narahat edir”, - deyə Putin vurğulayıb.deyib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki münaqişəyə müdaxilə etməkdə ittiham edir. Rusiyalı ekspertlərə görə, Rusiya nüvə arsenalını planlı şəkildə təzələmək niyyətindədir. 

Strateji nüvə silahlarının əhəmiyyətli müasirləşdirilməsini həyata keçirməkdə olan Moskva istismara ballistik raket, bombardmançı təyyarələr və yeni sualtı qayıqlarını verir. Son illər ərzində, köhnəlmiş silah növlərinin xidmətdən geri çağrılması nəticəsində Rusiya cəbbəxanasının ümumi həcmi azalır. Hərçənd ki, bu proses yaxın gələcəkdə yekunlaşa bilər.

Rusiyada baş verənlər digər nüvə dövlətlərində çoxsaylı suallar yaradır. Qərbi ən çox narahat edən Rusiya ritorikasında yenidən nüvə silahına edilən vurğudur.

Moskva Krımda qısa-məsafəli nüvə raketlərinin yerləşdirilməsilə hədələyir.

Eyni zamanda Rusiya öz ərazisində ballistik raketlərdən müdafiə sistemi yerləşdirəcək NATO ölkələrinin hədəfə alınacağını bildirir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar