Putin döyüş əmri verdi
16.03.2015 784 0.0 0

Rusiya prezidenti Vladimir Putin Şimal Donanmasının, Qərb Hərbi Dairəsinin və Hərbi Desant Qüvvələrinin ayrı-ayrı birləşmələrinin tam döyüş hazırlığına gətirilməsi barədə əmr verib.

Məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, ilk olaraq döyüş hazırlığının yoxlanılmasına 38 min hərbi qulluqçu cəlb edilib. 

Bundan əlavə, 3 min 36 hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot da döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

Putinin qəfil əmrinin nə ilə bağlı olduğu dəqiq bilinmir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar