Rusiya prezidenti Vladimir Putin ölkəsinin beynəlxalq arenada mövqeyini möhkəmlətmək və maliyyə əməliyyatlarında dollardan asılılığı azaltmaq üçün təqdim etdiyi qanun layihəsi həm siyasi, həm də iqtisadi mütəxəssislərin diqqətindədir. Ekspertlər Rusiyanın birinci şəxsinin bu addımını bimənalı qarşılamırlar.
ANS TV-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin MDB ölkələri çərçivəsində ticarətin Amerika dolları ilə aparılmasından imtina edilməsi haqqında qanun layihəsini dövlət dumasına təqdim etməsi, əslində geosiyasi məqsəd güdür.
Artıq Vladimr Putinin avro və dollara qarşı yönəlmiş təklif irəli sürməsinə bir çox siyasi ekspertlər münasibət bildirib. Əksəriyyət hesab edir ki, bu layihə əslində Rusiya ilə Amerika arasında gedən soyuq müharibənin yeni mərhələsidir.
“Artıq Rusiyaya qarşı Qərb dövlətləri tərəfindən sanksiyalar tətbiq olunub. Zamanla Qərb bu sanksiyaları daha da sərtləşdirə və beynəlxalq pul köçürmələrdən uzaqlaşa bilər. Nəticədə Rusiya yaxın qonşularla apardığı ticari əməliyyatlarda mərhum olar. Sadəcə olaraq Rusiya bu addımı atmaqla prosesləri qabaqlamağa və qonşuları ilə olan ticari əlaqlərin pozulmamasına çalışır”, - deyə politoloq Rasim Musabəyov bildirib.
Söhbət əsasən Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələr arasında vahid maliyyə bazarının yaradılmasından gedir.
Hətta Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr artıq milli valyutalara keçilməsini müzakirədə ediblər.
Amma rəsmi Moskvanın bu qərarı iqtisadi baxımdan bir o qədər də asan başa gəlməyəcək, hətta bu mexanizmin işləməsi də uzun sürməyə bilər.
İqtisadçı-ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, dünya üzrə həyata keçirilən bütün ticari əməliyyatlatın 80 faizi dollarlarla, 17-18 faizi isə avro ilə həyata keçirilir.
Uzun sürməyən həm də Rusiyanın bu qanun layihəsini dəstəkləyən ölkələrin biriliyi ola bilər.
"Təsəvvür edin ki, baş verən devalivasiya və tədbiq olunan sanksiyalar rus rublunun dəyərini gündən-günə daha da aşağı salır, bu qanun layihəsini dəstəkləyən ölkələrdə iqtisadiyyatlarını Rusiyadan asılı vəziyyətə saldığı üçün ölkə valyutasını təhlükə altına atmış olurlar", deyə Haqverdiyev bildirib.
Bu həm də Avrasiya İttifaqına qoşulan ölkələrlərlə Qərb yönümlü dövlətlər arasında münasibətlərin sərinləşməsinə səbəb ola bilər.
Azərbaycanın isə əsas gəlir mənbəyi neft sektoru olduğundan və neft satışıda dollarla həyata keçirildiyindən, bu təklifin ölkə iqtisadiyyatına təsiri olmayacaq.
Bundan başqa Azərbaycan Avrasiya İttifaqına üzv deyil və milli valyutanın idarə edilməsində azad iqtisadi prosseslər həyata keçirir. Rusiya isə artıq 2025-ci ildən bu qərarın tədbiqinə başlamaq fikrindədir.
Amerika isə zaman baxımından bir o qədər də uzağa getmir, hər imkanda Rusiyaya qarşı yeni sanksiyalar tədbiq edir. Onların sırasına Rusiyanın müdafiə sektoruna aid 5 şirkətə qarşı tədbiq edilmiş sanksiyanıda əlavə etmək olar./anspess/