«Putin Buşun öz evində qəbul etdiyi ilk qonaq idi...»
10.09.2016 750 0.0 0

11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən teraktdan sonra yeni dünya nizamı yaratmaq üçün imkan var idi.

 

Qazeta.info Axar.az -ın məlumatına əsasən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya XİN-in keçmiş başçısı İqor İvanov söyləyib. Onun sözlərinə görə, Vaşinqtonun mövqeyi ucbatından bu unikal şans əldən çıxıb:

 

“Biz yeni yolda addımlamağa hazır idik. Putin də həqiqətən Qərb və NATO ilə yeni münasibətlərə hazır idi. O zaman Putin Buşun özünün Texasdakı malikanəsində qəbul etdiyi birinci xarici qonaq idi. Belə vəziyyəti görəndə mən fikirləşirdim ki, yəqin artıq soyuq müharibə bitir. Lakin sonradan baş verənlər göstərdi ki, yanılıram. ABŞ İraqa müdaxilə etdi. Təəssüf ki, Amerikanın İraq müharibəsi bizim münasibətlərimizin yaxşılaşmasına mane oldu”. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar