Putin: Biz səbirliyik, lakin hansısa məqamda cavab verməli olacağıq
27.07.2017 699 0.0 0

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirib.

 

 “RİA Novosti”yə istinadən verilən məlumata görə, o bildirib ki, Rusiyanın cavabı qanun layihəsinin yekun variantından asılı olacaq.

 

 

“Biz özümüzü çox səbrli aparırıq, lakin hansısa məqamda cavab verməli olacağıq. Ölkəmizə qarşı hansısa tərbiyəsizliyə daim dözmək olmur”, - deyə o vurğulayıb.

 

Putin qeyd edib ki, ABŞ-ın nəzərdən keçirdiyi qanun layihəsi rəqabət mübarizəsində geosiyasi üstünlüklərdən yararlanmaq cəhdidir. O, Rusiya-ABŞ münasibətlərinin ABŞ-ın daxili məsələlərinə qurban verilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar