Putin: «Bəşər Əsədə sığınacaq verə bilərik»
12.01.2016 429 0.0 0

 Rusiya Suriya prezidenti Bəşər Əsədə sığınacaq verə bilər.
Kremlin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin “Bild” jurnalına müsahibəsində bunun mümkünlüyündən danışıb.
 
“Məsələ ilə bağlı müzakirələrin aparılması hələ tezdir. Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq verib. Bu, Əsədi sığınacaqla təmin etməkdən daha çətin idi”.
 
Putin qeyd edib ki, bu kimi məsələlər müzakirə olunmazdan öncə Suriya xalqına iradəsini ifadə etmək üçün imkan verilməlidir: “Əgər seçkilər demokratik üsulla baş tutsa, onda demək olar ki, Əsədə heç yerə getməyə ehtiyac qalmayacaq. Vacib deyil ki, o prezident olsun, ya yox”./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar