Putin ABŞ Senatının sanksiya qərarına münasibət bildirib
15.06.2017 787 0
“Əgər Qərb Rusiyaya qarşı sanksiyaları aradan qaldırsa, Moskva da cavab tədbirlərini ləğv etməyə məcbur olacaq”.
Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin televiziya tamaşaçıları ilə “Canlı əlaqə” zamanı deyib.
O bildirib ki, sanksiyalar nəticəsində Moskva 50-52 milyard dollar itirdiyi halda, sanksiyaları qəbul edən ölkələr 100 milyard dollar itirib.
Putin qeyd edib ki, yerli istehsalçılar daxili bazarın tələbatını qarşılamaq üçün əlindən gələni ediblər. Onun sözlərinə görə, nəticədə inflyasiya ən aşağı həddə düşüb, istehsal olunan məhsulun keyfiyyəti isə getdikcə artır.
Qeyd edək ki, ABŞ Senatı dünən Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər