ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir.
Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.
“Heç kimin xətrinə dəymək istəmirəm, amma ABŞ bütün dünyada siyasi proseslərə, o cümlədən seçki kampaniyalarına müdaxilə edir, dövlətlərin daxili işlərinə qarışır. Biz ABŞ siyasətinə müdaxilə etməmişik, lakin kimsə buna cəhd etdikdə siz inciməməlisiniz. Çünki özünüz daim müdaxilə edirsiniz”, deyə V.Putin bildirib.
V.Putin qeyd edib ki, prezidentlər, siyasi partiyalar hakimiyyətə gəlib-gedəndir, siyasi xətt isə əsasən dəyişməz qalır: “Odur ki, bizə ABŞ-da kimin hakimiyyətdə olması vacib deyil. Çünki nələrin baş verəcəyini əvvəlcədən təxmin edirik. Bu səbəbdən istəsək belə, hər hansı prosesə müdaxilə etməyə lüzum qalmır”. V.Putin həmçinin Donald Trampın qələbəsi ilə nəticələnən seçkilərə müdaxilə iddialarını rədd edib./APA/