Putin `Normandiya dördlüyü`nün görüşünə qatılacaq
18.10.2016 823 0
Rusiya prezidenti Vladimir Putin oktyabrın 19-da “Normandiya dördlüyü” ölkələrinin dövlət başçılarının görüşündə iştirak edəcək.
Məlumata görə, bu barədə “İnterfax” Moskvada mənbəyə istinadən xəbər yayıb. Görüş Berlində olacaq.
Qeyd edək ki, Donbas probleminin həlli üzrə “Normandiya dördlüyü”nün son görüşü ötən il oktyabrın 2-də Parisdə keçirilib. Bu qrupa Rusiya, Almaniya, Fransa və Ukrayna daxildir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər