Putin 7 ölkəni Avropadan ayırdı
18.03.2015 855 0.0 0

Avropa İttifaqının (Aİ) yeddi ölkəsi Rusiyaya qarşı sanksiyalardan imtina etməyə hazırdır.

Məlumata görə, bu barədə Bloomberg agentliyi material dərc edib. Bu ölkələr Kipr, İtaliya, Yunanıstan, Macarıstan, Slovakiya, Avstriya və İspaniyadır.

Bloomberg yazır ki, bu ölkələrin Rusiya prezidenti Vladimir Putinin "qonaq kitabı"nda adları var. Belə ki, bu il fevralın sonunda Kipr prezidenti Nikos Anastasiadis, martın əvvəlində İtalya baş naziri Matteo Rensi Moskvaya gəliblər. Bu ilin aprelində isə Yunanıstanın hökumət başçısı Aleksis Sipras Rusiya paytaxtına təşrif buyuracaq. Macarıstana, Slovakiyaya, Avstriya və İspaniyaya gəlincə, bu ölkələr daha əvvəl Ukraynada vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalara qarşı çıxırdılar. 

London Mərkəzinin xarici siyasət üzrə direktoru İan Bond bildirib ki, bu yeddi ölkə indi sanksiyaların uzadılmasından imtina edəcəklər və məhdudiyyətlər aradan qalxmayanadək qərarlarından dönməyəcək.

Eyni zamanda Avropa İttifaqının bir sıra ölkələri, o cümlədən Polşa, Böyük Britaniya və Baltikyanı ölkələrin liderləri də Moskvaya qarşı məhdudiyyətlərin kəskinləşməsini fəal dəstəkləyirlər. Bu münasibətlə martın 19-dan 20-dək Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar