Putin 2018-ci il prezident seçkilərində iştirakına dair sualı cavablandırıb
31.05.2017 976 0.0 0

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə seçki kampaniyasının ölkə konstitusiyasına tam uyğun şəkildə keçirilməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu V. Putin “Figaro” nəşrinə müsahibəsində bildirib. 
 
Putin, özünün seçkilərdə iştirakı barədə danışmağın hələ tez olduğunu qeyd edib: “Namizədlərə gəlincə, bu barədə danışmaq hələ tezdir”.
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə seçkiqabağı kampaniyasının aparılmadığını bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar