PUTİN YENƏ BİRİNCİDİR
04.12.2014 1300 0.0 0

Rusiyanın "Levada" Sorğu Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, ölkədə iqtisadiyyatın zəifləməsinə baxmayaraq, rusların 85 faizi prezident Vladimir Putinə güclü siyasi dəstək verir.

Məlumata görə, 46 regionda keçirilən sorğuda əhalinin 57 faizi indiki dövlət başçısının etibar ediləcək lider hesab edib.

Təhlilçilərin fikrincə, Rusiya 1998-ci illə müqayisədə inflyasiyanın öhdəsindən daha yaxşı gəlir. Belə ki, Rusiya rublu 1998-ci ilin iqtisadi böhranı zamanı dollar qarşısında dəyərini 70 faiz itirmişdi.

Qərbin Kremlə qarşı siyasi və iqtisadi hücumları Rusiyada milli vətənpərvərlik hissinin artmasına səbəb olub.

Britaniyanın "Financial Times" qəzeti Rusiyada keçirilən rəy sorğularının çox zaman həqiqətə uyğun olmadığı barədə xəbər yayıb.//ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar