Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
məlumata görə, telefon danışığı zamanı V. Putin N.Nazarbayevə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentləri ilə Soçi görüşünün nəticələri barədə məlumat verib.
Məlumatda qeyd edilir ki, tərəflər mövcud çətinlikləri müzakirə ediblər və Dağlıq Qarabağ münaqişəsi üzrə mövqelərini yaxınlaşdırıblar.
Hər iki prezident Qərbin Rusiyaya qarşı sanksiyalarını və Moskvanın cavab addımlarını, o cümlədən onların mümkün nəticələrini müzakirə edib.
Bundan başqa, Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklifinə uyğun olaraq cari ilin üçüncü dekadasında Gömrük İttifaqına üzv ölkələrin və Ukraynanın görüşünün keçirilməsi ehtimalı təsdiq olunub.
Telefon danışığının sonunda dövlət başçıları iki dövlət arasında ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə ediblər.