Rusiya Federasiyası Prezidenti Vladimir Putin sabah Türkiyə gedir.
Xatırladaq ki ,bu gün Rusiya prezidentinin Türkiyəy gələlməsində məqsəd Türkiyə-Rusiya Yüksək Səviyyə Əməkdaşlıq Şurasının 5 toplantısında iştirak etməkdir .
Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki,Putini müşayət edəcək heyətlə sabah günorta saatlarında Ankaraya rəsmi ziyarət reallaşdıracaq.Anitkabirin ziyarət etdikdən sonra Putin üçün Prezident Sarayında qarşılama mərasimi təşkil ediləcək.
Mərasimindən sonra, Putin və prezident Rəcəb Tayyib Ərdoğan təkbə-tək görüşü gözlənilir. Daha sonra, Ərdoğan ilə Putinin birgə başçılığı ilə, Türkiyə Respublikası-Rusiya Federasiyası Yüksək Səviyyə Əməkdaşlıq Şurasının 5. Yığıncağı reallaşdırılacaq.
İki ölkədən əlaqədar nazirlərin da qatılacağı konfransında, Türkiyə-Rusiya arasında ikitərəfli əlaqələr əhatəli şəkildə ələ alınacaq və iki ölkəni maraqlandıran əsasən regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi olunacaq.
Prezident Ərdoğan, Putin şərəfinə axşam yeməyi verəcəyi bildirilir.