Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin Minskdə keçirilən görüşündən əldə edilən nəticə haqda açıqlam verərək atəşkəs haqqında razılıq əldə olunduğunu bəyan edib.
Məlumata görə, atəşkəs fevralın 15-i saat 00:00-dan etibarən qüvvəyə minir.
Bundan başqa Ukrayna prezidenti Petro Poroşenko ilə hərbi ekspertlərə Debolsevoda vəziyyəti qiymətləndirmək haqqında razılaşdığını qeyd edib.
Bundan başqa məlumata görə, razılaşmalarda Donbasın separatçıların nəzarətindəki hissəsinə xüsusi status verilməsi, hərbi əməliyyatların iştirakçılarının amnistiyası, dil hüququ, Rusiya regionları ilə transsərhəd əməkdaşlığı və Donbasın yerli idarəetmə strukturlarının bölgəyə hakimlərin və prokurorların təyinatında iştirakı, xalq milisinin yaradılması kimi bir sıra maddələr öz əksini tapıb.
Xatırladaq ki, Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə danışıqları bir sutkaya yaxın bir vaxtı əhatə etdi.