Psaki girovlar barədə danışdı
24.02.2015 1000 0.0 0

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışıb.  Vaşinqton müxbirinin verdiyi məlumata görə, Departament sözçüsü gündəlik mətbuat brifinqində girovların qaytarılmasını dəstəklədiklərini bildirib. 

“Biz bundan öncə də həmsədr Ceymis Uorlik vasitəsilə hər 2 şəxsin azad edilməsini və Azərbaycan hökumətinə qaytarılmasını dəstəkləmişik. Biz həmçinin müvafiq hakimiyyətə bu 2 şəxsi Azərbaycan hökümətinə qaytarmağa dair çağırış etmişik. Tərəflər keçmişdə humanitar jest olaraq girovların qaytarılmasına dair ümumi yol tapıblar. Bu kimi humanitar jestlər tərəflər arasında gərginliyin azalmasının göstəricisidir və eyni zamnda da tərəflər arasında inam mühitinin qurar”. 

Xatırladaq ki, Psaki daha əvvəl girovlarla bağlı suala cavab verməkdən boyun qaçırmışdı. 

Qeyd edək ki, 2 azərbaycanlı- Dilqəm Əsgərov və Şahbaz Quliyev doğma yurdlarına baş çəkən zaman Ermənistan silahlıları tərəfindən girov götürülüblər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar