Siyasətçilər, prezidentlər və hökumət rəhbərlərinin qeyri rəsmi görüntüləri həmişə ictimaət tərəfindən maraqla qarşılanır.
Qazeta.info tanınmış siyasətçilərin maraqlı vəziyyətdə yaddaşlara həkk olunan bir sıra videolarını bir araya toplayıb.
İlk videodan göründüyü kimi, Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyub Ərdoğanın xüsusi təlim görmüş ata minməsi və atın anidən şıltaqlıq etməsi nəticəsində Ərdoğanın yerə yıxılması əks olunur.
Digər kadrlarda Çexiya prezidenti Vatslav Klaus Çilidə keçirdiyi rəsmi görüş zamanı dövlətlərası müqavilələrin imzalanması zamanı masanın üzərinə qoyulmuş qələmdən xoşu gəlməsi və onu gizlincə oğulaması o zaman kameralardan və jurnalistlərin diqqətindən yayınmamışdı.Hadisənin dünya mediasında sürətlə yayılmasından sonra Çexiya mediası prezident Vatslav Klausun getdiyi ölkələrdən qələm kolleksiyası topladığı xəbəri yaydı.Digər tərəfdən də Çili hökuməti masaya qoyulan qələmlərin zatən prezidentlərə hədiyyə verildiyi açıqlandı.
Növbəti kadırlarda isə ABŞ prezidentinin çıxış etdikdən sonra zalı tərk edərkən qapını hirsli şəkildə təpiklə açması o zaman dünya mediasında böyük izlənməyə səbəb olmuşdu.
Növbəti kadrlarda Azərbaycan prezidenti İlham Əliyevin paytaxt Bakıdakı parkların birində xalq arasına çıxaraq yerli camaatla görüşü zamanı 50 yaşlı xanımın "elə sən mənim ərimsən" "mənə kişi tap" "pul var amma kişi" yoxdur deyərək zarafatyana sözləri çoxları tərəfindən maraqla qarşılanmışdı.
Növbəti videoda isə Rusiyanın o zamankı prezidenti Medvedev və Ukraynanın eks prezidenti Viktor Yanukoviçin küləkli havada anım mərasimi zamanı tənzim edərkən gül çələnginin Viktor Yanukoviçin başına çırpılması prezidentlərə aid yadda qalan videolar sıranısına daxil etmək olar.
Digər videoda da Viktor Yanukoviçin rəsmi tədbir zamanı konfet yeməməyə başlaması və ətrafında olan Putin və Medvedevə də konfet təklif etməsi yaddaşlarda qalıb.
Növbəti yadda qalan hal isə Boris Yeltsenin ABŞ prezidenti Bill Klintonla birgə mətbuata açıqlaması zamanı gülüşə səbəb olan iki başlı çümləsi olub.Bildirək ki, o zaman bu çıxışın dünya mediasında yayılmasından sonra Boris Yeltsenin sərxoş olması haqda məlumatlar da yayılmışdı.
Təqdim etdiyimiz videolardan biri də Türkiyənin eks prezidenti Abdullah Gül və Azərbaycan prezidenti İlham Əliyevin biri birinə dövlət və hökumət nümayəndələrini təqdim edərkən Baş nazirin müavini Abid Şərifovun haqda dediyi "bu elə Afrikadan gəlib" deyə zaafatyana bildirməsidir.
Növbəti kadrlarda isə ABŞ prezidenti Barak Obamanın müsahibə verərkən salonda uçan milçəyi vurub öldürərək ayağı ilə itələməsi və video operatora vurduğu milçəyi göstərməsi yaddaşlarda qalıb.
Digər videoda da növbəti dəfə Türkiyə prezidenti Ərdoğanın yadda qalan videolarından biridir.Ölkə rəhbərinin xidməti təyyarəsində mahnı oxuması hamıya maraqlı gələn video parçalardandı.Belə ki, Ərdoğan təyyarədə çoxlarının sevərək dinlədiyi "Könül dağı" türküsünü oxumasıdır.
Son videoda da yenidən prezidentlərdən birinin atdan yıxılması hadisəsidir.Bu dəfə at yarışlarına qatılan Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedovun sürətlə qacan atdan yıxılmasını əks etdirən kadrlar bütün dünya mediasının gündəminə gəlmişdi.
Kadrlardan da göründüyü ki, prezident yıxılaraq bir neçə dəqiqə huşsuz vəziyyətdə yerdə qalır .Bu zaman prezident mühafizəsinin müdaxiləsi ilə Q.Berdumuhammedov tibbi yardım maşınına aparılır və tibbi yardım göstərilərək yenidən yarış meydanına qayıdaraq oradakı camaatı salamlaması əks olunur.