Prezidentlər nə qədər maaş alır? - SİYAHI
15.09.2016 4444 0.0 0

 


Adi işçilər kimi dövlət başçıları da tutduqları vəzifəyə görə maaş alırlar. Maraqlıdır, bəs görəsən ölkənin birinci kürsüsündə əyləşib öz dövlətlərinə görə cavabdehlik daşıyan birincilər bu ağır və çətin məsuliyyətə görə nə qədər maaş alırlar? 

 


Azərbaycan prezidenti İlham Əliyevin maaşı 15 000 manatdır, təxminən 9000 dollara yaxın. Prezident öz maaşının artırılmasını 2005-ci ildən dayandırıb. İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan prezidentinin “minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

 


Rusiya Federasiyasının prezidenti 64 yaşlı Vladimir Putin maaşı təxminən üç dəfə artırıb. Hazırda prezident 112500 dollar aylıq maaş alır. Xatırladaq ki, Rusiya prezidünti həyat yoldaşı ilə ayrılıb, qızları isə ailə həyatı qurub.

 

Türkiyə Respublikasının 62 yaşlı prezidenti Rəcəb Təyyub Ərdoğanın maaşı isə bu ilki maaş cədvəlində 11000 dollar civarında müəyyən ediib.

 

 

Bildirək ki, İranın prezidenti Həsən Ruhani ümumiyyətlə prezident maaşından imtina edib. Özündən əvvəlki prezident Mahmud Ahmadijead-ın qoyduğu ənənəni davam etdirən Hassan Rouhani universitet professor olduğunu və professor kimi aldığı 1200 dollar həcminə yaxın pul ilə bir aylıq xərclərini ödədiyini bildirir.

 

 

 


Cənubi Afrika Respublikasının prezidenti 74 yaşlı Cekob Zumanın aylıq maaşı 22600 dollara yaxındır. Bu məbləğ böyük görünsə də, 8 həyat yoldaşı və 20 uşağı olan prezident üçün yəqin ki, yetərli deyil.

 


62 yaşlı Belarus prezidenti Aleksandr Lukaşenkonun aylıq məvacibi 4500 dollardan bir az artıqdır.

 


55 yaşlı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama hər ay Ağ Evdə 33000 dollar qazanır. Nəzərə alsaq ki, prezidentin xanımı Mişel Obama Ağ Evin ərazisində meyvə və tərəvəzi özü əkib-bücərir, bu maaş dörd nəfərlik prezident ailəsinə tam yetərlidir.

 


92 yaşlı Zimbabve prezidenti Robert Muqabenin aylıq maaşı həmkarlarından xeyli azdır. 1987-ci ildən prezident kürsüsündə əyləşən Robert Muqabe 9000 dollar maaş alır.

 


63 yaşlı Argentina prezidenti Kristina Fernandes de Kirşner tutduğu vəzifəyə görə ayda 29000 dollar maaş alır. Həyat yoldaşından ayrılan xanım prezident 2 övladının maddi tələbatını ödəməyi öz üzərinə götürüb. 

 


78 yaşlı Avstriya prezidenti Haynz Fişer ayda 36000 dollar qazanır. Prezident ailəsi 4 nəfərdən ibarətdir.

 


Liberiya prezidenti, Nobel mükafatı laureatı 78 yaşı Ellen Conson Serlif 7500 dollar maaş alır.

 


Avqust ayında 62 illik yubileyini keçirəcək Fransa prezidenti Fransua Ollandın maaşı 29500 dollardır.

 


62 yaşlı Almaniya kansleri Angela Merkelin maaşı 21000 min dollara yaxındır. Xanım siyasətçinin həyat yoldaşı elmi yaradıcılıqla məşğuldur. Övladları olmayan cütlük üçün bu məbləğ yəqin ki, yetərlidir.



Niderlandın kralı 49 yaşlı Villem Aleksandrın maaşı daha yüksəkdir. O ayda 93500 dollar alır. 3 uşaq atası olan kral sözsüz ki, öz qazancından narazı olmaz.

 


Bildirək ki, Ukraynanın prezidenti 51 yaşlı Pyotr Poroşenko maaşı isə 2400 dollar məbləğindədir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar