Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqların festivalında iştirak edib.
Məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan festival bir çox uşaqları sevindirib.
Bakı Əyləncə Mərkəzində (BƏM) təşkil olunan bu mərasimdə Bakıda yerləşən uşaq evlərinin və Daun Sindromlu Uşaq Reabilitasiya mərkəzinin uşaqları iştirak edib.
Daim xeyriyyəçilik, gənc nəsillərə hərtərəfli qayğı, müxtəlif humanitar tədbirlər keçirən Heydər Əliyev Fondu bu dəfə də paytaxtda keçirdiyi möhtəşəm tədbirlə uşaqlara unudulmaz gün bəxş etməyi bacardı.
Mərasimdə olan uşaqlar doyunca istirahət etdilər. Onlar konki sürür, maşın sürür, müxtəlif əyləncə və oyunlarda oynayıblar. Onlarla birgə Leyla Əliyeva da bəzi əyləncələrdə uşaqları tək qoymayıb.
Leyla Əliyeva uşaqlarla birgə konki sürüb
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən bu mərasimdə daha sonra uşaqlar L. Əliyeva ilə birgə nahar edərək, öz təəssüratlarını bölüşüblər.
Festivalın sonunda təxminən 200 uşaq Heydər Əliyev Fondunun hədiyyələri qəbul edib.
Uşaqlar üçün hazırlanmış hədiyyələr
Heydər Əliyev Fondu il ərzində belə tədbirləri tez-tez təşkil edir. Belə ki, sonuncu dəfə bu ilin martın 11-də Novruz bayramı ərəfəsində Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.
O, əvvəlcə Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə, Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində, daha sonra isə Nizami rayonundakı 1 nömrəli uşaq evində olub.
Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.
Leyla Əliyeva Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində./anspress/