Türkmənistan hüquq-mühafizə orqanları prezidentin ölümü barədə şayiə yayılandan sonra gücləndirilmiş iş rejiminə keçiblər.
Qazeta.info Axar.az -in xəbərinə əsasən bildirir ki, bu məlumatı “Xronika Türkmənistan” yayıb. Məlumata görə, artıq prezident ölümü haqqında şayiə yaymaqda ittiham olunaraq, 3 nəfər saxlanılıb. Yaxalananların “Türkməntelekom”un əməkdaşı, Su Təsərüffatı İdarəsinin işçisi və Mənzil İstismar Sahəsi əməkdaşı olduğu vurğulanıb.
Artıq Mədəniyyət Nazirliyinə yayılan şayiələrlə bağlı əks-fəaliyyətə başlamaq tapşırığı da verilib. İnstaqramda yerli məşhurlar prezidentin ölümü ilə bağlı şayiələrə inanmamaqla bağlı video-çarxlar da yayıblar.
Qeyd edək ki, 21 iyulda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb. Sonradan bu informasiya rəsmən təkzib edilib.