Prezidentin oğlu saxtakarlıqda günahlandırılır (FOTO)
13.08.2015 612 0.0 0

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin oğlunu Rusiyaya qanunsuz yolla pul ötürməkdə günahlandırır. Söhbət 468 min ABŞ dollarından (10 milyon qriven) gedir.

Məlumata görə, UTX bu günlərdə sabiq prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin Rusiya ilə gizli yolla əlaqə saxladığını üzə çıxarıb. 

Ukrayna Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, Valyutanın xaricə çıxarılması MAKO şirkəti tərəfindən aşkarlanıb. Belə ki, şirkətə Rusiya Federasiyasından avadanlıq saxta yolla göndərilib. Halbuki qanuni yolla idxal edilməli idi. Belə hal Ukrayna hakimiyyətinin nəzarətindən kənarda həyata keçirilib. 

Amma söhbətin hansı avadanlıqdan getməsi barədə məlumat verilmir. 

Təhlükəsizlik Xidməti Ukrayna Baş Prokurorluğuna bu vəziyyətlə məşğul olan şirkətin bank hesablarına əl qoyulması barədə müraciət edib.

Daha əvvəl Donetsk vilayət administrasiyasından bildirilmişdi ki, Donetsk ərazisində axtarışda olan Aleksandr Yanukoviçlə əlaqəli olan şirkətlər fəaliyyətlərini davam etdirir. Ona görə də Ukrayna hakimiyyəti xidməti sənədlərin saxtalaşdırılması, həmçinin tərtib edilməsi və saxta sənədlərin verilməsi kimi cinayətin törədilməsində sabiq prezidentin oğlundan şübhələnir.

Hazırda Rusiyada gizləndiyi ehtimal olunan və bu məsələlərdə günahkar kimi bilinən sabiq prezidentin oğlu bu barədə heç bir açıqlama verməyib./anspress/

 


Aleksandr Yanukoviçin oğlu


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar