Prezidentin əmisi oğlunun şirkəti məhkəməyə verildi
21.06.2016 803 0
Fərid Əliyevin və Rrüstəm Abdullayevin təsisçisi olduğu Nur-İnşaat MMC külli miqdarda vergidən yayınıb.
Vergilər Nazirliyi 20 min manatdan artıq vergi borcu olan, barələrində cinayət işi başlanmış və məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısını açıqlayıb. Siyahı Nazirliyin facebook social şəbəkəsindəki səhifəsində yayılıb. Siyahıda 44 hüquqi şəxsin və 11 fiziki şəxsin adı var. Vergi borcundan yayındığına görə cinayət məsuliyyətinə cəlb edilmə təhlükəsində olan şirkətlərdən biri də məşhur Altes Şirkətlər qrupuna daxil olan Nur-İnşaat şirkətidir. Bu Şirkətlər Qrupu haqda ötən saylarımızda geniş məlumat vermişik.
Nur-İnşaat MMC-nin adı isə mediada dünya çempionu Vüqar Namazovun ailə üzvünə məxsus olan VİTR Fitness sağlamlıq Mərkəzinə qarşı iddiaları ilə dəfələrlə çəkilib. Əməkdaşımızın Altes Şirkətlər Qrupu və o cümlədən, Nur-İnşaatla bağlı apardığı müstəqil jurnalist araşdırmaları bir sıra qanunsuzluq iddialarını və faktlarını ortaya çıxarıb. Şirkətlər Qrupunun rəhbəri Rüstəm Abdullayev isə bizimyol.info-ya geniş müsahibə verərkən bu iddiaları təkzib etməyə çalışmışdı. O iddialardan biri də şirkətin vergidən yayınması ilə bağlı idi. Aprel ayında portalımıza müsahibəsində Abdullayev bunu da inkar etməyə çalışmışdı. Ancaq dünən Vergilər Nazirliyini yaydığı siyahıda Nur-İnşaat MMC-ni də adı var. Bu MMC-nin payçılarından biri də Prezident İlham Əliyevin əmisi oğlu Fərid Əliyevdir. Onu da qeyd edək ki, Rüstəm Abdullayevin baçşılıq etdiyi şirkətin tikdiyi binalarda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova 6 milyon dəyərində əmlak bağışladığı da söylənən iddialar arasındadır. Rüstəm Abdullayev bizimyol.info-ya müsahibəsində bu faktı dolayısı ilə təsdiq etmişdi. /bizimyol.info/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər