Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Məlumata görə, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək;
“Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsinin yeddinci hissəsinin tələblərini pozmağa görə məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib prezidentə məlumat vermək;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə “Dini etiqad azadlığı haqqında” qanununa riayət olunmasına nəzarəti gücləndirmək tapşırılıb.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Dəyişikliklərə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”.
Digər dəyişikliyə , “İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.”/apa/