Prezidentdən şirkət rəhbərinə - «Maaş da yaxşı verirsiniz?»
30.01.2016 842 0.0 0

Qazeta.info xəbər verir ki, Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.

Məlumata görə,  açılışda iştirıak edən Prezident İlham Əliyevə zavod haqqında ətraflı məlumat verildikdən sonra, dövlət başçısı Yeni Ağdağ gips zavodunu işə salıb.

Qazeta.info bildirir ki, sonra Prezident İlham Əliyev zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət edib:

Prezident İlham Əliyev: Maaş da yaxşı verirsiniz?

Elxan Bəşirov: Orta aylıq əməkhaqqı 600 manatdır.

Prezident İlham Əliyev: Siz necə, razısınız?

İşçilər: Bəli, çox razıyıq.

Prezident İlham Əliyev: Bu gözəl şəraitdə işləmək insanlara zövq verir. Təbrik edirəm. Fəaliyyətinizi daha da genişləndirin. Həm şirkət, həm ölkə iqtisadiyyatı, sənaye istehsalı inkişaf etsin.

Şirkətin vitse-prezidenti Fuad Bəşirov: Sizin uğurlu siyasətinizə yeni nailiyyətlərimizlə dəstək veririk.

Prezident İlham Əliyev: Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq. “Mətanət-A” şirkətinin rəhbəri regional konfransda da çıxış etmiş, nailiyyətlər haqqında danışmışdı. Şadam ki, bu şirkət ölkəmizin sənaye inkişafına çox yaxşı töhfə verir. Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, bundan sonra da lazımi dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm sizi.

İşçilər: Çox sağ olun, Allah sizi qorusun

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar