İslandiyanın 72 yaşlı prezidenti istefa verib.
Məlumata görə, İslandiya prezidenti Oulavür Raqnar Qrimsson vətəndaşlara yeni il təbriki ilə müraciət edərkən istefa verdiyini açıqlayıb.
Bu açıqlamadan sonra hərəkətə keçən hökümətin iyun ayında növbədənkənar prezident seçkiləri keçirəcəyi ehtimal edilir.
72 yaşı olan Oulavür Raqnar Qrimsson 1996-cı ildən etibarən İslandiyanın prezidentidir və xalq tərəfindən 5 dəfə ard-arda bu vəzifəyə seçilib.
İslandiya xəritədə
2015-ci ildə daha bir prezident istefa verib. Yanvar ayının 14-də İtaliya prezidenti Corcio Napolitano vəzifəsindən istefa verib. İki dönəm dövlət başçısı seçilən 89 yaşlı siyasi lider mütənadi yaşadığı Kvirinal sarayı ilə də vidaşlaşıb.
Avropaya inteqrasiya tərəfdarı olan Napolitano 2014-cü ilin dekabr ayında vəzifədən gedəcəyinə dair açıqlama vermişdi.
Ölkənin baş naziri Matteo Renci, Napolitanoya İtaliya xalqına göstərdiyi xidmətinə görə təşəkkür edib.
İtaliyada prezident ölkə konstitusiyasına əsasən, parlament tərəfindən səsvermə yolu ilə seçilir.
Prezidentin ölkədə cərəryan edən siyasi hadisələrə ciddi təsiri olmasa da, baş naziri seçmək və parlamenti buraxmaq kimi səlahiyyətləri var.
Corcio Napolitano-istefa verən İtaliya prezidenti
Dekabr ayının 23-də isə Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefaya gedib. Baş naziri bu vəzifədə xarici işlər naziri Georgi Kvirikaşvili əvəz edib.
Gürcüstanda anadan olan İrakli Qaribaşvili 2005-2012-ci illərdə iş adamlarından birinə məxsus xeyriyyə fondunun baş direktoru olub. 2013-cü ildən bu günə kimi isə Gürcüstanın baş naziri vəzifəsini icra edib.
Georgi Kvirikaşvili 2015-ci ilin sentyabrın 1-dən xarici işlər naziri vəzifəsində çalışır. Bundan əvvəl isə 2012-ci ilin oktyabrın 25-dən İqtisadiyyat naziri, 2013-cü ildən isə baş nazirin müavini olub. /anspress/