Prezidentdən əfv sərəncamı
18.03.2015 700 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv sərəncamı imzalayıb.

Sərəncam sabah icra olunacağı bildirilir.

Xatırladaq ki, hüquq müdafiəçiləri bir neçə gün öncə Novruz bayramı ilə əlaqədar hər il olduğu kimi bu il də yeni əfv fərmanı imzalanacağının gözlənildiyini açıqlamışdılar. 

Lakin bu fərmana kimlərin düşəcəyi, hansı məhbusların əfv olunmaq üçün müraciət etməsi barədə ətraflı məlumat yoxdur.

Sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı ötən ilin sonunda imzalamışdı. Sərəncam 84 nəfərə şamil edilmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar