Prezidentdən 3 önəmli sərəncam
05.10.2017 1851 0.0 0

Azərbaycan Respublikasının Prezidenti Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi, Lahıcda yeni ümumtəhsil məktəbi binasının tikintisi və Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı 3 sərəncam imzalayıb.

 

 

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

 

Bundan başqa, prezidentin növbəti sərəncamı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.

 

Bildirək ki, prezidentin imzaladığı digər sərəncamla  Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etməsi tapşırılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar