Prezident vacib fərman verib
13.01.2016 1762 0
Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Qazeta.info bildirir ki, prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə” təsdiq edilib.
Bildirək ki, imzalanan fərman ilə “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu” təsdiq edilərək , “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” təsdiq edilib.
Qazeta.info bildirir ki, fərmanda həmçinin “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiq edilməsi də öz əksini tapıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər