Prezident təbrik məktubu ünvanladı
25.03.2015 634 0
Azərbaycan Respublikasının Prezidenti Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:
Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə
Hörmətli cənab Prezident,
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Banqladeş xalqına daim sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər