Prezident sərəncam verdi
25.02.2015 826 0.0 0
Sərəncamda, Mingəçevir şəhərinin mənzil fonduna daxil olan daha 22 çoxmənzilli binanın əsaslı təmirinin həyata keçirilməsi və kommunal texnikanın alınması nəzərdə tutularaq , Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmir işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat ayrılması qərara alınıb.
Daha sonra sərəncamın digər bəndinə əsasən , Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin olunması tapşırılıb.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar