Prezident sərəncam imzalayıb
10.11.2017 1648 0
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Paşayeva Gülşən Məmmədəli qızı
Allahyarova Tahirə Bəkir qızı
Vəliyev Cavid İsmayıl oğlu
Məhəmmədi Məsiağa Əhməd oğlu
Sadıxov İsmayıl Ənvər oğlu.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər