Prezident sərəncam imzalayıb
26.07.2017 1121 0
Azərbaycan Respublikasının Prezidenti Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, ölkə başçısının sərəncamı ilə on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər