Prezident sərəncam imzalayıb
10.06.2016 655 0.0 0


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Qazeta.info bildirir ki, ölə başçısının sərəncamında deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:

 

 

Maddə 3.  2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə  yönəldilsin."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar